Ermənistan vətəndaşı Kiyevdən səhvən Bakıya yollandı

26 İyul 2013 10:31 (UTC+04:00)
Modern.az saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, 22 yaşlı Ermənistan vətəndaşı Asatur Xaçatryan Kiyevdən səhvən Azərbaycana yollanıb.

Onun anası Anuş Xaçatryanın sözlərinə görə, Kiyevə qohumlarının yanına gedən oğlu ukraynalı sərhəd işçiləri tərəfindən hava limanında saxlanılıb.

Hava limanı işçiləri onun sənədlərinində problem olduğunu bildirərək, geri Ermənistana qayıtmalı olduğunu söyləyiblər. İyulun 24-də oğlunun səhvən Bakıya yola salındığını bildirən Anuş Xaçatryan onun taleyi barədə heç bir məlumatının olmadığını bildirib.

AzNews.az