Polşada İkinci Dünya müharibəsindən qalma kütləvi məzarlıq tapılıb

25 May 2023 17:02 (UTC+04:00)

Polşanın qərbindəki Vrotslav şəhərinin Vrotslav Dikşteyn küçəsində yerləşən villanın bağçasında aparılan qazıntılar zamanı İkinci Dünya Müharibəsi dövrünə aid kütləvi məzarlıq tapılıb .

Aznews.az xəbər verir ki, Pomost Tarix və Arxeoloji Araşdırma Emalatxanası ünvanda basdırılmış cəsədlərin ola biləcəyi xəbərini alandan sonra ərazidə qazıntı işlərinə başlayıb.

Mart ayında başlayan işlər çərçivəsində villanın 100 metr uzunluğunda və 10 metr enində olan bağçasında qazıntı aparan mütəxəssislər 128 nəfərin cəsədini aşkar ediblər.

Villanın bağçasından çıxarılaraq Poznan Qəbiristanlığı anbarına aparılan qurbanların skelet qalıqlarının sentyabr ayında keçiriləcək mərasimlə Nadolice Wielkie-dəki Alman Döyüş Qəbiristanlığında dəfn ediləcəyi öyrənilib.

Mövsüm