Yaponiyada silahlı şəxs insanlara hücum edib

25 May 2023 17:18 (UTC+04:00)

Yaponiyada naməlum şəxsin odlu silah və bıçaqla hücumları nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Yaponiyanın Naqano əyalətinin mərkəzində üzünü maska ​​və gün eynəyi ilə gizlədən şəxs odlu silah və bıçaqla insanlara hücum edib.

Hadisədə biri qadın, 2-si polis olmaqla 3 nəfər aparıldıqları xəstəxanada həyatını itirib, 1 nəfər isə yaralanıb.

Qeyd edək ki, Yaponiyada lisenziyalı silah sahibi olmaq istəyənlərə uzun və çətin təlim verilir.

Mövsüm

Aznews.az