156-cı mənzilin sahibi bəlli oldu

26 İyul 2013 10:39 (UTC+04:00)
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən jurnalistlər üçün inşa edilmiş binada 156-cı mənzilin sahibi məlum olub.


Movqe.az bununla bağlı Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə əlaqə saxlayıb. V. Səfərli açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən jurnalistlər üçün Bibiheybət qəsəbəsində inşa edilmiş binada 156-cı mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənova verilib: "Cənab Prezident bu barədə müvafiq göstəriş verib və jurnalistlər üçün inşa olunmuş binadakı 156-cı mənzil "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənova təqdim edilib. Beləliklə bütün mənzillər tam şəkildə paylanmış olub".

AzNews.az