"Aİİ-yə inteqrasiya yalnız iqtisadi yolda inkişaf etməlidir" - Kasım-Jomart Tokayev

26 May 2023 10:30 (UTC+04:00)

Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilində inteqrasiya yalnız iqtisadi istiqamətdə getməlidir.

Aznews.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin sözçüsü Ruslan Jeldibay cümə günü Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevdən sitat gətirib.

"Dövlət başçısı bu yaxınlarda Moskvada keçirilən II Avrasiya İqtisadi Forumunda iştirak edib. Tədbirdə prezident hazırda ekspert birliyi tərəfindən geniş müzakirə olunan bir sıra bəyanatlar verib. Bu baxımdan qeyd etmək istərdim ki, dövlət başçısının əsas mesajı ondan ibarət idi ki, Aİİ daxilində istənilən inteqrasiya yalnız iqtisadi yolda inkişaf edə bilər və getməlidir. Bundan kənara çıxmaq təşkilatın nizamnamə sənədlərinin məqsəd, prinsip və vəzifələrini pozacaq”, – Qazaxıstan liderinin sözçüsü Facebook-da qeyd edib..

"Ölkəmizə gəlincə, Qazaxıstanın heç bir ittifaq dövlətinə qoşulmaq niyyəti və planı yoxdur", - Jeldibay bildirib.

Mövsüm