Sabah 35 dərəcə isti olacaq

26 İyul 2013 10:55 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 27-də gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, iyulun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Temperatur gecə 19-24 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 27-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

AzNews.az