Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib”

26 May 2023 11:38 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

"Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib", - dövlət başçısının müraciətində bildirilib.

Müraciətdə münaqişənin başa çatmasına baxmayaraq, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra Laçın yolundan Azərbaycan əraz