Ruhi xəstə intihara cəhd etdi

26 İyul 2013 11:20 (UTC+04:00)
Qax rayon sakini Bakıda intihara cəhd edib. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən qeydə alınıb.

Nizami rayonunda Qax rayon sakini, ruhi xəstə Sarajişvili Dali Tamaziyevna intihar məqsədi ilə körpüdən özünü atmağa cəhd göstərib. Lakin bu cəhdin qarşısı alınıb.

Araşdırmalar zamanı onun Qax Rayon Polis Şöbəsi tərəfindən itkin düşmüş kimi axtarışda olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az