Prezident ilk 20 ailənin dünəndən Laçında yerləşdiyini açıqlayıb

28 May 2023 11:01 (UTC+04:00)

“İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib.

Onun sözlərinə görə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır.