Ceyhun Bayramov: Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin daha da möhkəmlənəcəyinə əminik

28 May 2023 22:18 (UTC+04:00)

“Qardaş Türkiyədə keçirilən növbəti seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhur İttifaqı tərəfindən qazanılan möhtəşəm qələbə münasibətilə səmimi təbriklərimi çatdırıram!”

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tvitterdə bildirib.