Məhəmməd Mursiyə 15 sutkalıq həbs cəzası verildi
26 İyul 2013 11:26 (UTC+04:00)
Bu gün Misir məhkəməsi aparılan araşdırma çərçivəsində ölkənin devrilmiş prezidenti Məhəmməd Mursiyə 15 sutkalıq həbs cəzası verilməsi barədə qərar qəbul edib. Bu barədə Trend cümə günü "əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.
Telekanalın məlumatına görə, məhkəmə Mursini HƏMAS hərəkatı ilə əməkdaşlıq etməkdə, həmçinin 2011-ci ildə inqilab zamanı həbsxanadan qaçışda təqsirli bilib.
AzNews.az