Moskvada keçirilən üçtərəfli görüş başa çatdı. Proqnozlar verilsə də, heç bir sənəd imzalanmadı. Brüsseldə ərazi bütövlüyünün tanınması kimi vacib addımdan sonra Moskvada bu görüşün kölgədə qalması naminə sülh sazişinə götürəcək önəmli irəliləyişin olmasına ümid vardı. Lakin görüş daha çox təlxək Paşinyanın kəkələdiyi nitqi, söz oyunu ilə yadda qaldı. Önəmli razılıq isə sadəcə baş nazirlərin müavinlərinin “kommunikasiyanın açılması üzrə üçtərəfli işçi qrupu” adı altında görüşünün razılaşdırılması oldu. Bu addım göstərdi ki, Rusiya sülh sazişi ilə bağlı təsir edə bilmir və ya istəmir, alternativ olaraq öz maraqlarına uyğun məsələlərin icrasına çalışır. Söhbət Rusiyanı blokada vəziyyətindən çıxaracaq Zəngəzur dəhlizindən gedir. Sərhədlərin müəyyən olunmasıyla bağlı xəritə məsələsi gündəmə gətirilmədi. Çünki, bu problemin həllini tapması sülh müqaviləsinin imzalanması üçün böyük miqyasda irəliləyiş deməkdir. Bu isə Rusiyasız Cənubi Qafqaz deməkdir. Sülh müqaviləsi imzalanarsa belə, Moskva bu sazişin müəyyən problemlər qüvvədə qalaraq imzalanmasının tərəfdarıdır. Lakin Paşinyanın replikaları göstərdi ki, kommunikasiyalarla bağlı da Rusiya Ermənistana təsir edə bilməyib. Ehtimal ki, Laçına yol məntiqi ilə yanaşıldığı üçün Naxçıvana da vasitəsiz təmin edilsin. Baş nazirlərin müavinləri səviyyəsində keçiriləcək görüş də bu formatın detallarına həsr oluna bilər. Putinin məsələdə israrını nəzərə alsaq, sülh müqaviləsi imzalanmadan kommunikasiyalarda irəliləyişin şahidi ola bilərik. Bütövlükdə isə bu görüşü məhsuldar hesab etmək olmaz. Qısacası, Rusiya Moskva görüşünü keçirməklə üstünlük göstərişi etməyə çalışsa da, vəziyyət tamamilə əksini göstərdi. Çünki, Qərb proseslərin sülh istiqamətində irəliləməsində daha aktiv və təsiredici olduğunu sübut edir.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi