Yaponiyanın baş naziri Kişida Fumionun katibi və böyük oğlu Kişida Şotaro işdən çıxarılacaq.
AzNews.az xəbər verir ki, bu barədə Baş nazirin özü məlumat verib.
Buna səbəb Kişida Şotaronun rəsmi iqamətgahda verdiyi əyləncəli qonaqlıqdır. Kişida Fumio oğlunu katib vəzifəsinə təyin etmək məsuliyyətini öz üzərinə götürdüyünü qeyd edib və onun iyunun 1-də vəzifəsindən azad ediləcəyini açıqlayıb.