Ərdoğan bu tarixdə and içəcək

30 May 2023 09:46 (UTC+04:00)

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminin tarixi açıqlanıb.

AzNews.az xəbər verir ki, mərasim iyunun 2-si və ya 6-da keçirilə bilər.

Prezident and içdikdən sonra yeni hökumətin tərkibini elan edəcək və Nazirlər Kabinetinin iclasını keçirəcək.