Aİ-dən Moldovaya 295 milyon avro dəstək

30 May 2023 15:51 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) iqtisadi çətinliklərlə üzləşən Moldovaya 295 milyon avro maliyyə dəstəyi verəcək.

Aznews.az xəbər verir ki, Avropa Şurası üzv ölkələrin Rusiya-Ukrayna müharibəsinin mənfi iqtisadi təsirlərini yaşayan Moldovaya maliyyə yardımı etmək qərarına gəldiyini açıqlayıb.

Açıqlamada, "Avropa Şurası Birliyin Moldovaya maliyyə yardımını təxminən 2 dəfə artıraraq, cəmi 295 milyon avroya çatdırıb",-deyə qeyd edilib.

Aİ-nin makromaliyyə yardımının Beynəlxalq Valyuta Fondunun (BVF) razılaşması çərçivəsində Moldovaya təqdim etdiyi resursları tamamlayacağına diqqət çəkilərək, bunun ölkənin iqtisadi sabitliyini və struktur islahatlarını dəstəkləmək məqsədi daşıdığı qeyd edilib.

Açıqlamada, sözügedən dəstəyin 220 milyon avrosunun kredit, 75 milyon avrosunun isə qrant olacağı, beləliklə də Moldovanın tədiyyə balansı ehtiyaclarının qarşılanmasına töhfə veriləcəyi ifadə edilib.

Mövsüm