Daxili Qoşunların hərbçisi odlu silahla ehtiyatsız davranmaq nəticəsində özünü güllələyib

30 May 2023 19:19 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

Bu barədə Aznews.az-a DİN-dən məlumat verilib.

O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.