Myanmada 5,8 bal gücündə zəlzələ baş verib

31 May 2023 16:54 (UTC+04:00)

Myanmanın şimal bölgələrində 5,8 bal gücündə zəlzələ baş verib.

Aznews.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Myitkyina şəhərindən 125 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.

İlk təsbitlərə görə, yerin 10 kilometr dərinliyində baş verən 5,8 bal gücündə zəlzələdə can və mal itkisi olmayıb.

Mövsüm