Azərbaycan xarici siyasətində qonşu, region ölkələrlə münasibətlərin intensiv istiqamətdə inkişafı əsas prioritetlərdəndir. Bu siyasət nəticəsində ölkəmizin dinamik əlaqələri genişlənir. Bu ölkələrdən biri də İsraildi. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. 1810-cu ildə ilk aşkenazilərin Bakıda məskunlaşması ilə bu əlaqələr başlanğıcını götürüb. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub. 1870-ci ildə Bakıda neft çıxarılmağa başladıqdan sonra Azərbaycana yəhudi biznesi nümayəndələrinin axını başlayıb. Q.Polyak, A.Dembo, X.Kaqan, baron Q.Qinzburq, A.Feyqel bu ərazidə geniş fəaliyyət göstəriblər. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə hörmətlə yanaşıb. Bakıda 3 yəhudi dini məbədi var. Azərbaycan dövlətinin bütün xalqlara və dinlərə tolerant münasibəti özünü yəhudilərə qarşı da yüksə k səviyyədə göstərib. İsrail 25 dekabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 6 aprel 1992-ci ildə qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Bu ildən İsraildə də Azərbaycan səfirliyi fəaliyyətə başlayıb. Məhz diplomatik korpusun açılmasından sonra İsrail prezidenti İsaak Hersoqun Azərbaycana rəsmi səfərn xüsusi önəm daşıyır.
Ələlxüsus, son illər reallaşan layihələr geosiyasətdə formalaşan yeniliklər, münasibətlərin daha da inkişafına zəmin yaradıb. İsrail Azərbaycanın müstəqilliyini tanıdığı ilk illərdən bəri münaisbətlərimiz daim inkişaf edib. Son bir neçə ildə isə bu münasibətlərin artan xətt üzrə dinamikasına şahidlik edirik. Qaşılıqlı əməkdaşlıq, ticarət dövriyyəsi, investisiya və sərmeyelərin yatırılması, çoxsaylı səfərlərin təşkili münasibətləri daha yüksək müstəviyə qaldırıb.
Ölkələrimiz arasında əlaqələr xüsusən Vətən müharibəsi dövründə özünün pik həddinə çatdı. Müdafiə sənayesi sahəsindəki geniş əməkdaşlıq Azərbaycana öz milli maraqlarını və ərazi bütövlüyünü qorumağa yardımçı olan faktorlar sırasında idi. Bu sahədə əlaqələr yalnız iki ölkənin deyil, bütövlükdə regionun təhlükəsizliyində ciddi rol oynamaqdadır. Əməkdaşlığın dərinləşməsi Cənubi Qafqaz, Yaxın Şərq bölgələri üçün də yeni imkanlar vəd edir. Azərbaycan-İsrail əməkdaşlığı bu gün regionda terror və təcavüz təhdidinin qarşısında əsas əngəllərdən biridir. Azərbaycan da İsrailə onun istehsal etmədiyi neft təminatı hər iki ölkəni qarşılıqlı olaraq, regional oyunçuya çevirməyi bacarıb. İsrailin 40 milyon barel və ya 1,5 milyard dollar dəyərində illik neft idxalı Azərbaycandan tədarük olunur.
Əlaqələr yalnız hərbi sənaye və enerji sahəsi ilə məhdudlaşmır. Bura ticarət, təhsil, müxtəlif xarici siyasət məsələləri üzrə regional koordinasiya və təbii ki, həm neft, həm qaz, həm də bərpa olunan enerji mənbələri üzrə energetika sahəsində daha da sıx əməkdaşlıq daxildir. Son səfər nəticəsində yaxın gələcəkdə səhiyyə sahəsində də yeniliklərin olacağı gözlənilir.
Bu mənada İsrail Prezidentinin Bakıya səfəri və təmasları, tərəflər arasında imzalanan iki ölkə arasında münasibətlərin dərinləşməsi ilə kifayətlənmir, ölkələrin qlobal güc olması yolunda da önəmli rola malikdir.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi