Tovuzda iki qardaş bıçaqlanıb

31 May 2023 23:59 (UTC+04:00)

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, qardaşlar - Cəfərov Gündüz və Cəfərov İsrail tanışları tərəfindən bıçaqlanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.