İrəvandan Bakıya gələn erməni barədə yeni xəbər

26 İyul 2013 13:03 (UTC+04:00)
Kiyevdən deportasiya edildiyi zaman səhvən Bakıya gödərilən erməni Asatur Xaçaturyan geri göndərilib. Bu barədə məlumatı erməni mətbuatı yayıb. Məlumata görə, Xaçaturyan 608 saylı Bakı-Kiyev reysi ilə geri göndərilib. Ermənistan XİN-in rəsmi Facebook səhifəsində bu barədə xəbər yer alıb. Qeyd edək ki, Ukraynadan deportasiya edilən Xaçaturyanın İrəvan əvəzinə Bakıya göndərilməsi barədə məlumatı da ilk olaraq erməni mətbuatı onun anasına istinadən vermişdi.

Elnarə
AzNews.az