Gəncədə sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya düşüb

1 İyun 2023 10:02 (UTC+04:00)

Gəncə şəhərində sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya düşüb.

Hadisə şəhərin Şah İsmayıl Xatai prospektində qeydə alınıb.

"Mercedes Vito" markalı mikroavrobus "QAZ-31" markalı avtomobillə toqquşub. İdarəetmədən çıxan "Mercedes Vito" yaxınlıqdakı dairənin beton maneəsinə çırpılıb.

Qəza nəticəsində mikroavtobusda olan qadın sərnişin xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.