Mafiyaya polis basqını - 105 nəfər həbs edildi
26 İyul 2013 13:11 (UTC+04:00)
İtaliyanın hüquq-mühafizə orqanları Romada mafiya qruplaşmaları ilə əlaqədə olan 51 nəfəri həbs edib. "Corriere della Sera" qəzetinin yazdığına görə, İtaliyanın cənubunda da eyni xarakterli əməliyyat zamanı daha 65 nəfər həbs edilib. Keçirilən genişmiqyaslı əməliyyatda 500-ə yaxın polis əməkdaşı iştirak edib. Helikopterlərdən də istifadə olunan əməliyyatın təfərrüatları açıqlanmır.
Elnur
AzNews.az