Faktiki hava açıqlanıb

1 İyun 2023 19:12 (UTC+04:00)

İyunun 1-i saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Gədəbəy, Füzuli, Laçın, Ağdam, Zəngilan, Şəki, Quba, Lerik, Yardımlı, Lənkəran, Oğuz, Astarada şimşək çaxıb, arabir leysan xaraketrli yağış yağıb.

Aznews.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Daşkəsən rayonu ərazisinə saat 16:35 radələrində diametri 9 mm, Zəngilan rayonun dağlıq ərazilərinə diametri 5-6 mm, saat 17:35 adələrində Oğuz rayonun Baş Daşağıl kəndinə leysan yağışla birlikdə diamteri 25-30 mm, Laçın rayonun Qorçu kəndinə dolu düşüb.

Şərq küləyi Salyanda arabir 20m/san-dək güclənib.