Azərbaycanın Ukraynadakı səfiri tezliklə fəaliyyətə başlayacaq

1 İyun 2023 22:04 (UTC+04:00)

Azərbaycan Respublikasının Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldovanın paytaxtı Kişineuda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə bildirib.