"Aİ daxilində böyük əksəriyyət bizə qarşıdır" -Viktor Orban

2 İyun 2023 13:38 (UTC+04:00)

Macarıstan sülh tərəfdarıdır və beləliklə, Avropa İttifaqına üzv dövlətlər arasında açıq-aydın azlıqdadır, lakin atəşkəs və Ukrayna münaqişəsinin həlli ilə bağlı bütün yerlərdə danışıqların başlanmasına çağırışda israrlı olacaq.

Aznews.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.

"Aİ daxilində böyük əksəriyyət bizə qarşıdır; onlar bizim boğazımızdadır. Sülh partiyasını təmsil edən yeganə baş nazir olmaq çətindir", - Macarıstan hökumətinin başçısı bildirib. Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatların davam etdirilməsinin əleyhinə Macarıstandan başqa, yalnız Vatikan və Türkiyə fəal şəkildə çıxış edir. "Avropa İttifaqında bir neçə istisna" ola bilsə də, Aİ-nin qalan ölkələri münaqişənin hərbi yolla həllinə ümid edirlər. Bunu nəzərə alaraq, Macarıstanın Aİ və NATO müttəfiqləri ilə fikir ayrılıqları var, "amma bu normaldır",-deyə Orban iddia edib.

Mövsüm