Seneqaldakı nümayişlərdə 9 nəfər ölüb

2 İyun 2023 15:32 (UTC+04:00)

Seneqalda müxalifət lideri Ousmane Sonkonun 2 il həbs cəzasına məhkum edilməsinə qarşı keçirilən nümayişlərdə 9 nəfər həyatını itirib.

Aznews.az xəbər verir ki, Seneqalda müxalifət lideri və Ziguinchor Bələdiyyə Başçısı Ousmane Sonko 2 il Həbs Cəzasına məhkum edildikdən sonra dünən küçələrə çıxan nümayişçilər ilə polis arasında qarşıdurma yaşanıb.

Ölkənin daxili işlər naziri Antoine Felix Abdoulaye Diome, paytaxt Dakar və Ziguinchordakı nümayişlərdə 9 nəfərin həyatını itirdiyini qeyd edib.

Şiddətli hadisələrə çevrilən nümayişləri yatırtmaq üçün Facebook, WhatsApp və Twitter kimi sosial media platformalarına girişin bağlandığını ifadə edən Diome, "Seneqal hökuməti insanların can və mal təhlükəsizliyini təmin etmək üçün hər cür tədbir görür və bütün ölkədə təhlükəsizliyi gücləndirəcək”,-deyə əlavə edib.

Mövsüm