Cil Bayden Misirdə səfərdədir

2 İyun 2023 16:52 (UTC+04:00)

ABŞ prezidenti Co Baydenin həyat yoldaşı, birinci xanım Cil Bayden rəsmi təmaslar çərçivəsində Misirin paytaxtı Qahirəyə gəlib.

Aznews.az xəbər verir ki, dünən İordaniya Kralı Abdullahın oğlu vəliəhd Şahzadə Hüseynin toyuna qatılan Cil Bayden İordaniyadan sonra Misirə gəlib .

Cil Baydeni Misir prezidenti Əbdülfəttah əs-Sisinin xanımı, birinci xanım Entissar Amer qarşılayıb.

Qeyd edək ki, Cil Baydenin yaxın günlərdə Mərakeş və Portuqaliyaya səfəri gözlənilir.

Mövsüm