Canlı əfsanə 70 yaşını qeyd edir
26 İyul 2013 17:58 (UTC+04:00)
Bu gün Britaniyanın əfsanəvi rok qrupu "Rolling Stones"un vokalisti Mik Caqqer 70 yaşını qeyd edir.
Canlı əfsanə və milyonların kumiri - bu, dünyaşöhrətli britaniyalının ünvanına səsləndirilən epitetlərdən yalnız bir neçəsidir.
Tam adı Maykl Filip Caqqer olan ifaçı 1943-cü il iyulun 26-daf İngiltərənin Datford şəhərində dünyaya gəlib. Musiqi karyerasına 1958-ci ildə "Little Boy Blue and The Blue Boys" adlı blyüz qrupunun üzvü olaraq başlayıb. Daha sonra Kit Riçards və Brayan Consla tanış olan Maykl Caqqer onlarla birlikdə "Rolling Stones" rok qrupunu yaradır. 1961-ci ildən isə Mayk Caqqer "Mik Caqqer" olur.
Şıltaq təbəssüm, epataj hərəkətlər və səhnədə əyilərək ifa etmək - bütün bunlar Mik Caqqerin səhnədə yaratdığı unikal obrazın bir hissəsidir. 50 ildən çoxdur səhnədə olan roker bununla kiyafətlənmək fikrində deyil. "Rolling Stones" qısa fasilədən sonra yenidən fəaliyyətini davam etdirir.
Mik Caqqer vətəni Böyük Britaniyada həqiqətən mühüm şəxs hesab edilir. Hətta Britaniya kraliçası 2-ci Elizabetin taxt-taca çıxmasının 60-illiyində Mik Caqqerə "cəngavər" titulu verilib.
Caqqerin şəxsi həyatı da səhnə həyatından az parlaq keçməyib. Bir neçə dəfə ailə quran Mik Caqqerin ümumilikdə 7 övladı var.//anspress//
AzNews.az