Hindistanda yük və sərnişin qatarları toqquşub, 50 nəfər ölüb

2 İyun 2023 21:00 (UTC+04:00)

Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı yenidən artıb.

Aznews.az xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb.

Hadisə nəticəsində 50 nəfər ölüb, 179 nəfərin isə xəsarət aldığı qeyd olunub.