Dünya çempionatı: Azərbaycanın daha iki taekvondoçusu mübarizəyə başlayır

3 İyun 2023 09:05 (UTC+04:00)

Bu gün Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Aznews.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/32 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə qarşılaşacaq.

Qadınların yarışında 62 kq-dakı Fatimə Məcidova 1/16 final mərhələsində Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.