Azərbaycan Prezidenti və Mehriban Əliyeva Türkiyə Prezidentinin adından verilən şam yeməyində iştirak edib

3 İyun 2023 22:05 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından şam yeməyi verilib.

Aznews.az xəbər verir ki, Türkiyə Prezidentinin səlahiyyətlərinin icrasına başlanılması ilə əlaqədar keçirilən mərasim iştirakçılarının şərəfinə Çankaya köşkündə verilən şam yeməyində Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva şam yeməyində iştirak edib.