Deputat: “Utilizasiya prosesinə yük maşınları və avtobuslar da əlavə edilməlidir”

6 İyun 2023 14:07 (UTC+04:00)

Utilizasiya prosesinə minik avtomobili ilə yanaşı yük maşınları və avtobuslar da əlavə edilməlidir.

Bu təkliflə Milli Məclisin deputatı İltizam Yusifov parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxış edib.

O bildirib ki, avtobusların utilizasiyası minik avtomobillərinə nisbətən daha təhlükəsiz və ətraf mühitə zərərsiz icra oluna bilər:

“Çünki avtomobillərin utilizasiyası bahalı prosesdir. Üstəlik avtobusla sərnişin daşınır və bu da insan həyatı deməkdir. Bu səbəbdən qanuna minik avtomobilləri ilə yanaşı yük maşını və avtobuslar da əlavə edilsin”.