Hakan Fidandan nazir olaraq ilk tvit

6 İyun 2023 17:12 (UTC+04:00)

“Biz köklü gələcəyi olan Xarici İşlər Nazirliyimizlə milli xarici siyasət baxışımızı daha da inkişaf etdirəcəyik”.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici işlər naziri Hakan Fidan vəzifəyə gəldikdən sonra sosial media hesabından ilk paylaşımını edib.

Milli Kəşfiyyat Təşkilatının rəhbəri vəzifəsini İbrahim Kalına təhvil verdiyini ifadə edən Fidan, xarici işlər naziri vəzifəsini ona həvalə edən prezident Ərdoğana minnətdarlığını bildirib.

Milli İstihbarat Teşkilatı Başkanlığı görevini kardeşim @ikalin1’a devrettim.

Dışişleri Bakanlığı görevini tevdi eden Sayın Cumhurbaşkanımız @RTErdogan’a şükranlarımı sunuyorum.

Köklü geleneğe sahip Hariciye Teşkilatımızla milli dış politika vizyonumuzu daha da geliştireceğiz. pic.twitter.com/5kQ1VEkaiu

— Hakan Fidan (@HakanFidan) June 6, 2023

Mövsüm