Şuşada beynəlxalq tədbir başlayıb

7 İyun 2023 10:44 (UTC+04:00)

Şuşada "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik" mövzusunda beynəlxalq tədbir işə başlayıb.

Tədbirdə 30-a yaxın sabiq dövlət və hökumət başçısı iştirak edir.

Mərasimin açılışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası prosesindən bəhs edən videoçarx təqdim olunub.