İctimai nəqliyyatın fəaliyyəti qənaətbaxş deyil - Rauf Ağamirzəyev

12 İyun 2023 18:31 (UTC+04:00)

“Kütləvi avtomobilləşmənin olması bu gün nəqliyyat problemləri yaratmaqdadır. Hazırda ictimai nəqliyyatın fəaliyyəti qənaətbaxş deyil. İctimai nəqliyyatın üstünlüyü təmin olunmayıb. Bu gün insanlar üçün önəmli olan faktor vaxtdır. Şəhərin daxilində parkinq sistemində 5 ildir ki, qiymətlər təsdiq olunmayıb”.

Bu fikirləri AzNews.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, bir çox yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb sürət həddinin aşılmasıdır:

“Bu məsələdə əsas faktor insan həyatıdır. Heç nə insan həyatından bahalı deyil. Biz insanı qorumaq üçün həm cəzaların düzgün təyin olunmasının, həm də sürət həddinin aşılmaması üçün görülən tədbirlərin tərəfdarı olmalıyıq”.

Ekspert taksi xidmətlərinin çoxalmasının problem yaradan faktorlardan olduğunu da qeyd edib.

“Dövlətin yol hərəkətlərinin təhlükəsizliyi ilə bağlı 2019-2023-cü illər üçün nəzərdə tutulan bir proqramı var idi. Hədəf yollarda 30%-a qədər ölüm hadisələrinin sayı azalması üçün idi. Amma 5 il keçsə də proqram tam icra olunmadı. Ölüm hallarının sayı azalmaq əvəzinə artdı. İctimai nəqliyyatda prioritetləri düzgün təşkil etməmək belə cəzadır. Bu pronıemlərinin həlli əslində digər problemlərin də həll olmasına şərait yaradır. İctimai nəqliyyatın istənilən keyiyyətdə olmaması taksi xidmətlərinə olan ehtiyacı yaradır. Bu gedişlə kilidləməyə gedirik. Günü-gündən həm sürücülərdən, həm də sərnişinlərdən şikayətlər eşidirik. Bu məsələni nizamlamaq üçün ciddi addımlar atılmalıdır.

Hazırda cəzaların olmağı da bütün sürücülərə də təsir etmir. Əvvəllər sürücülər təhlükəsizlik kəmərlərini istifadə etmirdilər. Cəzalar müəyyənləşəndən sonra təhlükəsizlik kəmərlərinin istifadə edənlərin sayı əvvəlki illərlə müqayisə də çoxalıb”.

Ayan Rzayeva