Prezident İlham Əliyevin tapşırığı ilə SOCAR Ukraynaya 20 ton yanacaq verib

10 İyun 2023 15:12 (UTC+04:00)

Dövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 20 ton yanacaq verib.

Aznews.az-ın xəbərinə görə, bu barədə SOCAR məlumat yayıb.

Məlumata görə, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə SOCAR Ukraynanı 20 ton yanacaqla təmin edib.