Tarixçi alim Kərəm Məmmədov vəfat edib

10 İyun 2023 16:12 (UTC+04:00)

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov vəfat edib.

Aznews.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, K.Məmmədov ürəktutmasından dünyasını dəyişib.