İranda iki ziyarətgah yandırılıb

10 İyun 2023 20:27 (UTC+04:00)

İranın İlam vilayətində iki ziyarətgah yandırılıb.

Aznews.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, bu gün Abdanan-Dehloran yolunda yerləşən iki ziyarətgah naməlum şəxslər tərəfindən yandırılıb.

İlam prokurorluğu ziyarətgahların yandırılması ilə bağlı araşdırma başlandığını bildirib.

Hadisə ilə bağlı bir neçə şübhəli şəxs saxlanılıb.