Ucardakı qəzada yaralananlardan 11 nəfərin kimliyi məlum oldu - Yeniləndi

26 İyul 2013 18:04 (UTC+04:00)
Ucarda baş verən yol qəzasında yaralananların şəxsiyyəti açıqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun Quləbənd kəndindən keçən hissəsində baş verən qəzada sürücü, Ucar rayon Şilyan kənd sakini, 1981-ci il təvəllüdlü Əhmədov Rəşad Rafael oğlu, sərnişinlər – Ucar rayon Şilyan kənd sakinləri Qarayeva Ruhiyyə Sahib qızı (1976), Tərziliyeva Şüşbər Gülmalı qızı (1968), Rusanov Xəyal Abubəkir oğlu (1987), Ucar rayon Qazyan kənd sakini Rəhimova Sədaqət İsmayıl qızı (1960), Ucar rayon Boyat kənd sakini Rəhimova Gülnaz Mahmud qızı (1963), Ucar rayon Gəraybəyli kənd sakini Abbasov Nəriman Yolçu oğlu (1958), Ucar şəhər sakini İsgəndərova Lamiyə Yunus qızı (1993) , Bakı şəhər Qaradağ rayon sakinləri Əsədov Eldar Əsəd oğlu (1963), Əsədova Eldanə Eldar qızı (1996) və Rusiya vətəndaşı Namazov Ceyhun İlham oğlu (1991) yaralanıblar.

Qeyd edək ki, Bakı-Ucar marşrutu üzrə hərəkət edən mikroavtobus yoldan çıxıb. Hadisə nəticəsində yaralananlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan birinin vəziyyəti daha ağırdır. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil, Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***
18:17
Ucarda baş verən yol qəzasında çoxlu sayda xəsarət alanlar var.


APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun Quləbənd kəndindən keçən hissəsində qeydə alınıb. Bakı-Ucar marşrutu üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata görə, yaralılardan birinin vəziyyəti daha ağırdır. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil, hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerində Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az