Müqəddəs Paul kilsəsindəki tədbirə süni intellekt rəhbərlik edib

13 İyun 2023 11:19 (UTC+04:00)

"Deutscher Evangelischer Kirchentag" (Alman Evangelist Kilsəsi Konqresi) adlı konqres çərçivəsində keçirilən tədbir böyük marağa səbəb olub.

Aznews.az xəbər verir ki, Almaniyanın Furth şəhərindəki MüqPaul Kilsəsində süni intellektin rəhbərlik etdiyi bir ritual tərtib edilib.

Ritualın başlamasına bir saat qalmış insanlar 19-cu əsr kilsəsinin qarşısında uzun növbə yaradıblar.

Bütün ritual ekranda iki gənc qadın və iki gənc oğlan tərəfindən verilib.

“İndi zamandır” şüarı ilə yola düşən tədbirin əsas mövzusu tərəqqi, ölüm qorxusuna qalib gəlmək və imanı yaşatmaq adlandırılıb.

Avatarla fərdiləşdirilmiş "ChatGPT" çatbotu demək olar ki, tamamilə süni intellekt tərəfindən yaradılan eksperimental kilsə xidmətinə gələn 300-dən çox insana təbliğ etməyə başlayıb.

“Əziz dostlar, bu il Almaniyada keçirilən protestantların konqresinin ilk suni intellekti olaraq burada sizə təbliğ etmək mənim üçün şərəfdir”, - deyə Avatar bildirib.

Kilsə ziyarətçiləri süni intellektin verdiyi moizə ilə bağlı müxtəlif fikirlər söyləyiblər.

Mövsüm