Bakıya gələn erməni ilə bağlı şok faktlar ortaya çıxdı - Təfərrüat

26 İyul 2013 19:22 (UTC+04:00)
Ermənistana deportasiya edilərkən səhvən Bakıya uçan təyyarəyə mindirilən 22 yaşlı erməni Asatur Xaçaturyanla bağlı hadisənin təfərrüatları bəlli olub. Erməni mətbuatı Ukrayna Beynəlxalq Hava Yollarına istinadən xəbər verib ki, gənc erməni Ukraynaya qohumlarına baş çəkməyə gedib. Ancaq "Borispol" aeroportunda onun sənədlərində problem aşkarlanıb. Problemlər o qədər ciddi olub ki, gəncin dərhal Ermənistana deportasiya edilməsi qərara alınıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəliyindən verilən məlumata görə, Bakı aeroportunda saxlanılan erməniyə Komitənin Azərbaycandan olan nümayəndələri baş çəkib.

Kiyevə qaytarılan erməni nədənsə dərhal deportasiya edilməyib. Əvəzində ona qohumlarının evinə getməyə icazə verilib.
Ukrayna Beynəlxaq Hava Yollarının məlumatına görə, Bakıda Asatur Xaçaturyana normal münasibət göstərilib, o, yemək və mühafizə ilə təmin olunub.

Elnarə
AzNews.az