Futbol azarkeşlərinin askiyası dağıdıldı - Yeniləndi

26 İyul 2013 20:20 (UTC+04:00)
Qafqazinfi xəbər verir ki, artıq saxlanılanlar sərbəst buraxılıb.

Klub rəsmiləri azarkeşlərə göstərilən zorakılığın "Xəzər Lənkəran"la bağlı olmadığını bildiriblər: "Kimlərsə azarkeşləri kənardan kluba qarşı qaldırır və "Xəzər Lənkəranı" dağıtmaq istəyirlər. İndi də belə xəbər yayılıb ki, guya polisləri ora klub göndərib".

***
21:27
Dünənki 8-0-lıq biabırçı məğlubiyyətlə heç cür barışa bilməyən "Xəzər Lənkəran"azarkeşləri bu gün saat 20:00-da "Fırtınalar Meydanı" adlandırdıqları Lənkəran Şəhər Mərkəzi Stadionunda rəhbərliyi istefaya çağırmağı planlaşdırırdılar.

"Qafqazinfo" xəbər verir ki, azarkeşlər stadionun yaxınlığındakı körpüdə polis zorakılığına məruz qalıblar. Lənkəranlı fanatların bəzilərinin saxlanıldığı deyilir. Onların arasında futbolpress saytının əməkdaşı Elvin Cəbiyev də var.

Qeyd edək ki, bu gün xəzərli fanatlar sosial şəbəkələrdə bəyanat yayıblar. Bəyanat aşağıdakı mətndən ibarətdir:

"Lənkəranda yaşayan camaat gəlin hamımız bu Lənkəran adını daşıyan, amma Lənkəranı biabır etməkdə olan rəhbərliyi istefaya çağıraq! Bu gün axşam saat 8-də hər kəs Lənkəran şəhər stadionu önünə gəlsin! Hamımız bir nəfər kimi rəhbərliyi istefaya səsləyək! Nə polisdən qorxun, nə də mühafizədən! Bu gün etməsək nə vaxt edəcəyik?! Komandamız batır! Hər kəs gəlsin!! Axşam saat 8-də Fırtınalar Meydanının önündə olun! Biz bunu bacaracayıq İnşAllah!!!"

AzNews.az