Peruda 3000 ildən çox yaşı olan mumiya tapılıb

16 İyun 2023 10:43 (UTC+04:00)

Cənubi Amerika ölkəsi Peruda arxeoloji qazıntılar zamanı 3000 ildən çox yaşı olduğu təxmin edilən mumiya tapılıb.

Aznews.az xəbər verir ki, 3000 ildən çox tarixi olduğu düşünülən mumiya, paytaxt Limanın Rimak vadisindəki arxeoloji sahədə davam edən qazıntılar zamanı aşkar edilib.

Rimak şəhərinin meri Nestor de La Rosa verdiyi açıqlamada mumiyanın bölgənin tarixini və ənənəsini qorumaq üçün qurulan "Huaca La Florida" tədqiqat proqramı sayəsində kəşf edildiyini bildirib.

San Markos Mayor Milli Universitetinin arxeoloq tələbələri bildiriblər ki, mumiyanın yerli pambıqdan hazırlanmış dəfn paketinə bükülmüş halda tapılıb.

Bildirilib ki, qazılan ərazi qəbiristanlıq ərazisi olub, ətrafında butulkalar, boyunbağı kasaları, qarğıdalı, dəniz qabıqları, qabıqlı balıqlar və koka yarpaqları aşkar edilib.

Tapılan mumiyanın nazirliyin dəstəyi ilə mütəxəssislər tərəfindən diqqətlə araşdırılacağı paylaşılıb.

Mövsüm