Hədəf Xankəndi

16 İyun 2023 17:43 (UTC+04:00)

Ermənistan tərəfi 44 günlük Vətən müharibəsi bitdikdən sonra özünün təxribat ritorikasına hələ də sadiq qalaraq diversiyalarını davam etdirir. Təsadüfi deyil ki, təxribatlar məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərindən sonra daha da intensivləşib. Baş verən təxribatların Laçın postu və Zəngilan istiqamətlərində seçilməsi hücumun Zəngəzur dəhlizi ilə bağlı olduğunun göstəricisidir. Məlum məsələdir ki, İrəvan ciddi-cəhdlə Laçın yolu üzərində quraşdırılmış posta alternativ məntəqənin Zəngəzurda da yerləşdirilməsini tələb edir. Azərbaycan tərəfi isə Rusiya və Türkiyə ilə ortaq mövqe çərçivəsində Zəngəzurun dəhliz formatında olmasında israrlıdır. Bu baxımdan Ermənistan tərəfi Laçın postu ilə bağlı beynəlxalq təzyiq mexanizmlərini işə salmağa çox cəhdlər etməsinə rəğmən bu mexanizmlər işə düşmədi. Azərbaycana qarşı beynəlxalq təzyiqlər icra olunmadı. Digər tərəfdən Laçın postunda Azərbaycanın yüksək səviyyədə təşkil etdiyi təhlükəsizlik şəraitini pozmaq, eyni zamanda bu təxribatların nəticəsi olaraq Azərbaycanın yolu bağlayacağını öncədən gördükləri üçün məhz bu faktdan istifadə etməklə beynəlxalq təzyiqləri yenidən Azərbaycanın ünvanına artırmaq istəyirlər. Təxribatlarda İran amilinin də olmasını gözardı etmək olmaz. Çünki, nəzərə almaq lazımdır ki, Ərdoğan Bakıya səfəri zamanı Zəngəzur dəhlizi məsələsinə toxunarkən, İran amilini vurğuladı. Bu dəhlizin işləməsinə əngəl olan, qeyri-adekvat münasibət göstərən ölkələrdən birinin də İran olduğunu bildirdi. Digər tərəfdən nəzərə alsaq ki, Zəngəzur dəhlizinin işləkliyi ilə bağlı Rusiya Azərbaycanın lehinə mövqe sərgiləyir. Maneəsiz keçidin təmin olunmasına razı olduğunu Moskva görüşündə də sərgilədi. Ardınca baş nazirin müavinləri çərçivəsində keçirilən üç tərəfli görüşdə də bu mövqe bildirildi. Bundan dolayı demək mümkündür ki, hazırki təxribatlarda məhz İranın əlinin olması ehtimalı daha güclüdür. İstənilən halda Bakı Laçın yolunu bağlamaqla ən düzgün cavab reaksiyasını verdi. Bir neçə gün öncə İlham Əliyevin Laçında separatçılara yönəlik barmaq silkələməsi də yaxında o sözlərin heç də publika xatirinə olmadığını göstərəcək. Separatçılar bölgədən təmizlənəcək, Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi