Sərbəst güləşçimiz erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

17 İyun 2023 21:18 (UTC+04:00)

Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib.

Digər güləşçimiz Mirzəağa Axundov belaruslu Aleksandr Kambayevə 12:2 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.