Evlənmək istəyənlər diqqət: xoşbəxt nikah tarixi açıqlandı
27 İyul 2013 14:00 (UTC+04:00)
Danimarkalı astroloqlar bu il evlilik üçün ən münasib zamanı açıqlayıb.
Onların fikrincə, 2013-cü ildə nikaha daxil olmaq üçün ən yaxşı tarix 7 sentyabr, saat 10.37-dir.
"The Copenhagen Post"un məlumatına görə, məhz həmin dəqiqədə Mars və Venara səmada elə yer tutacaq ki, bu evliliyə hazırlaşanlara müsbət təsir göstərəcək.
Astroloqların açıqlaması yerli hakimiyyət orqanlarını da maraqlandırıb. Nikah salonlarında əvvəlcədən müraciət etmədən həmin gün evlənmək istəyənlərə şərait yaradılacağı bildirilib.
Məmurların sözlərinə görə, onlar astrologiyanın insan həyatına birbaşa təsirinə inanmasalar da, söylənən fikir özü onlara maraqlı gəlib.
Elnarə
AzNews.az