"Son mənzili də Kəlbəcər oldu"- Hikmət Hacıyev başsağlığı verdi

18 İyun 2023 15:56 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Moderator.az" xəbər portalının baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin vəfatı münasibəti ilə baş sağlığı yayımlayıb.

Hikmət Hacıyev öz Twitter hesabında yazıb:

"Allah rəhmət eləsin! Vətənini və dövlətini sevən vətəndaş və jurnalist idi. Azərbaycan jurnalistikası üçün böyük itkidir. Doğulduğu və boya-başa çatdığı, 30 il həsrətində olduğu Kəlbəcəri xüsusi yanğı və məhəbbətlə sevirdi. Son mənzili də Kəlbəcər oldu".

Allah rəhmət eləsin! Vətənini və dövlətini sevən vətəndaş və jurnalist idi. Azərbaycan jurnalistikası üçün böyük itkidir. Doğulduğu və boya-başa çatdığı, 30 il həsrətində olduğu Kəlbəcəri xüsusi yanğı və məhəbbətlə sevirdi. Son mənzili də Kəlbəcər oldu. https://t.co/kftM7b9FkH

— Hikmet Hajiyev (@HikmetHajiyev) June 18, 2023