Azərbaycanın şahmat millisi bu gün Avropa çempionatında mübarizə aparacaq

19 İyun 2023 09:24 (UTC+04:00)

Bu gün Polşada III Avropa Oyunları ərəfəsində şahmatın blits növü üzrə Avropa çempionatı keçiriləcək.

Şəhriyar Məmmədyarov və Günay Məmmədzadənin yer aldığı Azərbaycan millisi ilk olaraq 7 qarşılaşma keçirəcək.

Yığma ardıcıl olaraq Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistanla üz-üzə gələcək.

Reqlamentə əsasən, komandalar dairəvi sistemlə çıxış edəcəklər. İlk dörd yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.