ABŞ-ın sabiq dövlət katibi və sabiq milli təhlükəsizlik müşaviri H.Kissencerin 100 illiyi münasibəti ilə “The Economist” jurnalı alimlə 8 saatdan artıq davam edən müsahibənin xülasəsini məqalə formasında dərc etmişdir. Kissincerə görə total müharibənin qaçılmazlığı şəraitində məğlub olmamaq üçün ABŞ hərbi cəhətdən kifayət qədər güclü qalmalıdır. Bununla belə dövlətlər hər bir müddəa üzrə strateji baxışlarını müqayisə etməli və total müharibədən hər bir vəchlə qaçmalıdırlar. Məğlub edilmiş Çin, Kissincerə görə demokratiyaya meyl etməyəcək, əksinə vətəndaş müharibəsinin başlanmasına və qlobal qeyri-stabilliyin artmasına səbəb olacaqdır: “Çini çökdürmək bizim maraqlarımıza uyğun deyil!” Kissincer Çinin maraqlara sahib olduğunu qəbul etməyi və Hindistan nümunəsində ABŞ-ı böyük çoxtərəfli strukturlara bağlamaqdansa, fasilələrlə problemləri həll edən ittifaqlar yaratmağı təklif edir. ABŞ artıq bu istiqamətdə tədbirlər görməyə başlayıb. Blinken ABŞ prezidenti Co Baydenin 2021-ci ilin əvvəlində vəzifəyə başlamasından bəri Pekinə səfər edən ən yüksək vəzifəli məmur və son 5 ildə Çinə səfər edən ilk ABŞ dövlət katibidir. Sonuncu dəfə Donald Trampın dövlət katibi Mayk Pompeo Pekinə səfər etmişdi.
Blinkenin səfərinə ilk olaraq 2022-ci ilin noyabrında İndoneziyanın Bali adasında keçirilən G20 Sammitində Bayden və Xi arasında görüş zamanı qərar verildi, ABŞ rəsmisi fevralda planlaşdırdığı səfərini Çinin yüksək hündürlükdə uçan balonunun Amerika hava məkanına daxil olmasından sonra yaşanan böhranla əlaqədar ləğv edib. ABŞ və Çin arasında daha yaxşı kommunikasiya əlaqələrinin qurulmasının vacibliyinə işarə edən Blinken, yola düşməzdən əvvəl verdiyi açıqlamada "Biz Çinlə rəqabətin qarşısı alına bilən anlaşılmazlıqlar səbəbindən münaqişəyə çevrilməməsinə əmin olmaq istəyirik. Nə qədər aydın ünsiyyət qura bilsək, anlaşılmazlıqlardan və ünsiyyət xətalarından daha asan qaça bilərik” deyib.
ABŞ rəsmisi Pekinə Çin və ABŞ arasında iqtisadi və strateji rəqabətin artdığı, cari problemlərin və gərginliyin həll edilmədiyi, qarşılıqlı inamsızlığın hökm sürdüyü bir vaxtda səfər edir. İki ölkə arasında Tayvan məsələsindən tutmuş suverenlik mübahisələrinə və Cənub okeanındakı hərbi gərginliyə, iqtisadi və strateji rəqabətdən ABŞ-ın Çinə texnoloji məhdudiyyətlər qoymasına və insan haqları məsələlərinin tənqidinə qədər bir çox problemli sahələr var. Blinkenin səfəri zamanı tərəflərin problemli sahələrlə bağlı mövqelərini təkrarlayacağı gözlənilir, lakin həll üçün hər hansı sahədə konsensusun əldə olunacağı gözlənilmir. Bununla belə, səfər kəsilən diplomatik əlaqələrin bərpası istiqamətində son aylar atılan addımların son həlqəsi kimi mühüm əhəmiyyət kəsb edir.
Rusiya ilə bağlı münasibətlərə gəldikdə, Çin müharibənin uzun müddət davam etməsində, nəticədən aslı olmayaraq tərəflərin zəifləməsində maraqlıdır. Rusiya artıq Çin üçün əvvəlki qədər təhlükə mənbəyi deyil. İndiki halda Qərb təhlükə rolunu daha çox oynayır. Çinin hazırki strateji hədəfi Rusiyanın zəiflədilməsi ilə yaranan boşluğu Qərbin doldura bilməməsidir.
Zəngəzur dəhlizi ilə bağlı isə adıçəkilən ölkələr də daxil olmaqla, bir çox güclərin maraqları hybrid formada cəmləşir. Bu dəhliz Türkiyənin qlobal oyunçu olmasını təmin edən bir prosesdir. Çin və Avropa üçün bu sərfəlidir. ABŞ və Britaniya isə Aİ ilə Çina rasında yeni həlqə olmasında maraqlı deyillər. Bu baxımdan Çin ilə Rusiyanın da maraqları ortaqdır. Vaşinqton isə ənənəvi olaraq, qarşısını ala bilmədiyi yetişən vəziyyətdən pay sahibi olmaq istəyir.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi