Gürcüstan xalqı NATO-ya qoşulmağı dəstəkləyir

20 İyun 2023 16:21 (UTC+04:00)

Formula telekanalının sifarişi ilə "Edison Research" tərəfindən keçirilən rəy sorğusunun nəticələrinə görə, Gürcüstanın NATO-ya üzv olmaq istəyi üç il əvvəl olduğu kimi əhalisinin 85%-i tərəfindən dəstəklənir.

Aznews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

1500 yetkin respondentdən 85%-i Gürcüstanın Şimali Atlantika Müqaviləsi Təşkilatına üzvlüyünü dəstəkləyib, 15%-i isə əleyhinə olub. Sorğu Gürcüstanda bu il mayın 25-dən iyunun 14-dək keçirilib.

Gürcüstanın Avropa Birliyinə üzv olmasına xalqın dəstəyi də dəyişməz qalıb. Necə ki, 2020-ci ildə sorğuda iştirak edənlərin 90%-i bunun lehinə, 10%-i isə əleyhinə çıxış edib.

Mövsüm